• 24 Aprel 2024 09:39

Daha bir qazi intihar etdi: araşdırma aparılır

Bakıda baş verən intihar faktı ilə bağlı araşdırma başlayıb.

Tacxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, şəhər sakini Ruslan Artayevin intiharı faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə Xətai rayonu ərazisində baş verib. Şəhər sakini Ruslan Artayev yaşadığı evdə boğazını kəsərək intihar edib.

Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.

Tacxeber.az

Oxşar xəbərlər