“Mişelin bəyanatında heç “Qarabağ” sözü də yoxdur” – Erməni deputat
“Şarl Mişelin əvvəlki bəyanatlarında “Dağlıq Qarabağ” olmasa da, “Qarabağ” sözü var idi, ancaq son bəyanatda bu da yoxdur. Əvvəl Aİ rəhbərinin “Qarabağın erməni əhalisi” dediyini, onların hüquqları və təhlükəsizlik təminatlarından danışması barədə mübahisə edirdiksə, indi heç bu da yoxdur”, – deyə Tevanyan bildirib.