Xəzərsahili boyu tullantı sularının təmizlənməsi üçün layihələr hazırlanır
Xəzərsahili boyu tullantı sularının təmizlənməsi üçün layihələr hazırlanır
“Azərsu”nun sifarişi ilə bütün Xəzərsahili boyu yaşayış məntəqələrindən gələn tullantı sularının təmizlənməsi və kənarlaşdırılması istiqamətində layihələr hazırlanır.
Tacxeber.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli deyib.
Onun sözlərinə görə, layihəyə uyğun müəyyən qurğular artıq hazırdır: “Hazırda 24 ədəd qurğu istifadəyə hazırdır, əlavə olaraq 4-ü də yaxın günlərdə istifadəyə veriləcək”.
Bahadur Kəngərli qeyd edib ki, bu layihə təkcə Bakı və Abşeron ətrafına aid deyil. Layihə həmçinin bölgələrdə də həyata keçiriləcək.