• 22 Noyabr 2024 19:00

Azərbaycanlı Türkiyədə idman zalında qətlə yetirildi

İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

Azərbaycanlı Türkiyədə idman zalında qətlə yetirildi

Tacxeber.az   “TRT Haber”ə istinadən xəbər verir ki, Seyyid Ömer məhəlləsində yerləşən idman zalında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.

Əldə etdiyimiz ilkin məlumata görə, idman zalında qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınan azərbaycanlıdır. Sosial şəbəkələrdə yayılan informasiyaya görə, o, kriminal aləmə yaxın şəxsdir. Onun Yadigar adlı digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi iddia edilir. 

Türkiyə mediasında hələ ki, idman zalında güllələnən şəxsin kimliyi ilə bağlı məlumat yer almayıb.

Tacxeber.az

Oxşar xəbərlər