• 23 Noyabr 2024 00:12

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verildi – Video

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verildi – Video

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

Tacxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə paytaxt ərazisində, Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” reabilitasiya mərkəzində qeydə alınıb:

“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.

***

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır:

“Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq”.

***

Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı daha bir dövlət qurumu reaksiya verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb:

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Tacxeber.az

Oxşar xəbərlər