Deputatın kürəkəni RİH-i məhkəməyə verdi
Deputatın kürəkəni RİH-i məhkəməyə verdi
“Kapitol” Mənzil Tikinti Kooperativi (MTK) Xətai Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Tacxeber.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, iş Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatındadır.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
Detallar barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, “Kapitol” MTK 12 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Abbas Tofiq oğlu Səfərovdur.
Abbas Səfərov “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, deputat Eldar Quliyevin kürəkənidir.
Bəzi iddialara görə, “Kapitol” MTK əslində Eldar Quliyevin şirkətidir.
Abbas Səfərovun adına başqa şirkətlər də var. Bunlar aşağıdakılardır:
Epotos-Bakı MMC
Higt Contrakt MMC
Monalit-Akfa MMC
Eleqant-M MMC
Art-Puzzle MMC
Planet Tur MMC
“Superservis”.
Sonuncu şirkət Ukraynanın Odessa şəhərində qeydiyyatdan keçib.
Xatırladaq ki, Abbas Səfərovun adı ilk dəfə Zəngilandan olan məcburi köçkün Zərqələm Sadıqovanın evini yerlə-yeksan etməklə gündəmə gəlib. Bu məsələ ilə bağlı mediada tirajlanan materiallarda qeyd edilir ki, qanunsuz olaraq Zərqələm Sadıqovanın evini uçuran Abbas Səfərov məcburi köçkün tərəfindən məhkəməyə verilib. O isə məsuliyyətdən yayınmaq üçün şirkəti anası Məhluqə Qibləliyevanın adına keçirib. Bu qalmaqalın hansı sonluqla başa çatması barədə hər hansı məlumat yoxdur.