• 11 Dekabr 2024 00:25

Məktəbli qızı döydüyü iddia olunan direktor işdən ÇIXARILDI

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.

Tacxeber.az  “oxu.az”a istinadən xəbər verir ki, direktor Çinarə Atayeva vəzifəsindən azad edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat saytımıza təsdiq edilib.

Bildirilib ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biri direktorun onun qızına işgəncə verməsi və müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət etmişdi.

Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilmişdi.

Tacxeber.az

Oxşar xəbərlər