• 22 Noyabr 2024 20:41

Aradakı uçurum dərinləşir – İran prosesi dalana dirədi

Aradakı uçurum dərinləşir – İran prosesi dalana dirədi.

 

Vyana danışıqlarında iştirak edən İran nümayəndə heyətinin üzvü Məhəmməd Mərəndi nüvə sazişinin bərpası üçün hazırlanan müqavilənin mətnindəki qeyri-müəyyənlikləri və boşluqları qəbul etməyəcəklərini bildirib.

İran rəsmisi ABŞ hökumətinin ölkəsinə maksimum təzyiq göstərdiyini söyləyib.

“İran səbirli olacaq. Barak Obamanın dövründə ABŞ sistemli olaraq müqaviləni pozub. Donald Tramp və Co Bayden administrasiyaları vətəndaşlarımıza maksimum təzyiq göstərdi. Ona görə də İran mətndəki qeyri-müəyyənliyi və boşluqları qəbul etmir. Qış yaxınlaşır və Avropa Birliyi iflicedici enerji böhranı ilə üz-üzədir”, – Mərəndi vurğulayıb.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Brüsselin təqdim etdiyi danışıqlarda yekun yol xəritəsi kimi qəbul edilən saziş layihəsi ilə bağlı AB-yə fikirlərini çatdırıb və buna ABŞ-ın cavabını gözlədiklərini açıqlayıb.

ABŞ Dövlət Departamenti bundan sonra İranın AB vasitəsilə nüvə sazişi layihəsinin mətni ilə bağlı fikirlərinə cavab verdiklərini bildirib. Amma ABŞ-ın cavabının məzmunu ilə bağlı heç bir təfərrüat paylaşmayıb.

İran XİN-in sözçüsü Nasir Kənani sentyabrın 2-də ABŞ-ın cavabının araşdırıldığını və hazırlanmış cavabın danışıqların koordinatoruna göndərildiyini deyib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patelin mövzu ilə bağlı açıqlaması isə belə olub:

“İranın cavabını aldığımızı təsdiqləyə bilərik. Bunu araşdırırıq, cavab verəcəyik, amma təəssüf ki, konstruktiv deyil”. /Teleqraf.com

Müəllif: Mənsur Rəğbətoğlu

Tacxeber.az

Oxşar xəbərlər