Fələstində İsrail casusları edam edildi
Qəzzada beş nəfər edam edilib, onlardan ikisi İsrailə casusluqda, üçü isə cinayətdə günahkar bilinib.
Fələstin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bir məhbusun 2001-ci ildə İsrail kəşfiyyatına informasiya ötürməsi və bunun nəticəsində bir çox fələstinlinin ölümünə səbəb olması faktı təsdiqlənib.
Digər şəxsin də İsrail kəşfiyyatına çalışdığı, 1991-ci ildə İsrailə məlumat ötürdüyü, nəticədə bir fələstinlinin ölümünə, bir neçəsinin yaralanmasına səbəb olduğu qeyd edilib.
Fələstin qanunlarına əsasən, 2 casusun və cinayət törətdiyi təsdiqlənmiş digər 3 nəfərin edam edilməsinə qərar verilib. / Moden.az
Tacxeber.az