• 23 Noyabr 2024 01:40

Ukrayna müharibəsi nəticəsində 382 uşaq həlak olub, 740 azyaşlı yaralanıb

Ukrayna müharibəsi nəticəsində 382 uşaq həlak olub, 740 azyaşlı yaralanıb

Ukrayna müharibəsi nəticəsində 382 uşaq həlak olub, 740 azyaşlı yaralanıb

Rusiya Federasiyasının Ukraynaya hücumu hücumu nəticəsində 382 uşaq həlak olub, 740-dan çox uşaq yaralanıb.

Bu barədə Tacxeber.az Ukrayna Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

“2022-ci il sentyabrın 4-ü səhər saatlarına Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1 122 nəfərdən çox uşaq zərər çəkib. Rəsmi məlumatına görə, 382 uşaq ölüb, 740-dan çox uşaq yaralanıb. Ən çox uşaq Donetsk vilayətində zərər çəkib – 388 nəfər, Xarkovda 204, Kiyevdə 116, Nikolayevdə 71, Çerniqovda 68, Luqanskda 61, Xersonda 55, Zaporojyedə 46 azyaşlı zərər çəkib”, – xəbərdə bildirilir.

Qeyd olunur ki, bu rəqəmlər yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə bununla bağlı göstəricilərin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sentyabrın 3-də Dnepropetrovsk vilayətinin Zelenodolsk şəhərinin atəşə tutması nəticəsində 9 yaşlı uşaq həlak olub.

Rusiya silahlı qüvvələrinin bombalaması və atəşə tutması nəticəsində 2 328 təhsil müəssisəsi zərər görüb, onlardan 289-u tamamilə dağıdılıb.

Tacxeber.az

Oxşar xəbərlər