• 04 Oktyabr 2024 21:51

Bilal Əliyev söyüş söydüyü videoları yayanları hədələdi: “Siyahı hazırlanır…”

Bilal Əliyev söyüş söydüyü videoları yayanları hədələdi: “Siyahı hazırlanır…”

“Hamısını məhkəməyə verəcəyəm”.

Ölkə.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Bilal Əliyev “TikTok”da izləyicilərini təhqir etməsi ilə bağlı yayılan videolardan danışarkən deyib.

Xalq artisti bildirib ki, həmin videoları digər sosial şəbəkələrdə yayan izləyicilərin hər birini məhkəməyə verəcək:

“Hazırda bunun üzərində iş gedir, siyahı hazırlanır. Həmin videoları yayanların ümumi siyahısı məhkəməyə veriləcək. Məhkəmədə uduzanların hər biri cərimə olunacaq, bir hesab açacağıq və pul həmin hesaba ödəniləcək. Mənə elə sözlər yazırdılar ki… Ona görə də həmin izləyicilərə elə cavab vermişəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə Xalq artisti Bilal Əliyev “TikTok”da izləyicilərini təhqir edib və həmin videolar sosial şəbəkələrdə geniş yayılıb.

Tacxeber.az

Oxşar xəbərlər