Çin yaxın kosmos üçün günəş enerjisi ilə işləyən PUA-sını sınaqdan keçirib
Çin günəş batareyaları ilə işləyən “Qimingsin-50” (QMX-50) Yerə yaxın kosmosda uçuşlar üçün Pilotsuz Uçuş Aparatını (PUA) uğurla sınaqdan keçirib.
Bu barədə Çinin Aviasiya Sənayesi Korporasiyasına (AVIC) istinadən “Sinxua” agentliyi məlumat verib.
Korporasiya bildirib ki, birinci Təyyarə Quruculuğu İnstitutu AVIC tərəfindən hazırlanmış QMX-50 iri ölçülü iki gövdəli kosmosa yaxın PUA ölkənin şimal-qərbindəki Yulin şəhəri (Şansi əyaləti) yaxınlığında havaya qalxıb və 26 dəqiqəlik uçuşdan sonra uğurla eniş edib.
Qeyd olunur ki, bu, yaxın kosmos üçün qoşa gövdəli plana malik ilk aşağı sürətli PUA, həmçinin AVIC tərəfindən yaradılmış günəş batareyaları ilə tam işləyən ilk aparatdır.