• 27 İyul 2024 04:34

Liz Trass Böyük Britaniyanın yeni Baş naziri seçilib

Liz Trass Böyük Britaniyanın yeni Baş naziri seçilib

Böyük Britaniyanın hazırkı xarici işlər naziri Liz Tras Mühafizəkarlar Partiyasının yeni lideri  seçilib. Beləliklə, Truss yeni baş nazir vəzifəsini Boris Consondan alacaq.

Tacxeber.az  xəbər verir ki, İngiltərə baş naziri Boris Consonun yayın əvvəlində Mühafizəkarlar Partiyasının liderliyinə görə baş nazir vəzifəsindən istefa verməsindən sonra başlayan proses başa çatıb.

Səsvermə nəticəsinə əsasən  hazırkı xarici işlər naziri Tras 81 min 326 səs toplayaraq  partiyanın lideri seçilib. Onun rəqibi Sunak isə 60 min 399 səs qazanıb.

Çıxışında Boris Consona təşəkkür edən Trass, Marqaret Tetçer və Tereza Meydən sonra Britaniyanın 3-cü qadın baş naziri olacaq.

Oxşar xəbərlər