• 27 İyul 2024 04:20

“Qarabağdan qaçmamışam ki…” – Qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi”

“Qarabağdan qaçmamışam ki…” – Qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi”

2020-ci ildə özünü “DQR Təhlükəsizlik Şurasının katibi” kimi təqdim edən Qarabağdakı erməni işğalçı kontingentinin keçmiş komandiri, “Syamo” ləqəbli Samvel Babayan bəyanat yayaraq, fərariliklə bağlı ittihamları “yumağa çalışıb”.

Bu barədə informasiya erməni mətbuatında yerləşdirilib.

Xatırladaq ki, Babayan 44 günlük müharibənin sonunda Qarabağda növbəti müqavimətin mənasız olduğunu anlayaraq noyabrın 6-da İrəvana qaçıb və noyabrın 10-dək orada qalıb.

Bəyanatda Babayan qeyd edir ki, o, noyabrın 6-da Qarabağdan qaçmayıb, Arayik Arutyunyanın tapşırığı ilə İrəvana gedib.

Komandir  həmin “sərəncamın” təfərrüatlarını açıqlamır. Onun fikrincə, bu, dövlət sirri təşkil edir.

Xatırladaq ki, “Təhlükəsizlik Şurasının katibi”nin İrəvana tələsik qaçmasından sonra Qarabağdakı işğalçı rejimin demək olar ki, bütün “rəsmiləri” ondan nümunə götürərək “aradan çıxıblar”. /Bizim media

Tacxeber.az

Oxşar xəbərlər