• 14 Oktyabr 2024 21:01

Almaniya Ukraynanın açdığı soyqırımı məhkəməsinə qoşulmaq istəyir

Almaniya Ukraynanın açdığı soyqırımı məhkəməsinə qoşulmaq istəyir

Almaniya Ukraynanın Rusiyaya qarşı soyqırımı məhkəməsinə qoşulmaq istəyir.

Tacxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Ədalət Məhkəməsi açıqlama yayıb.

Açıqlamada, Litva, Latviya, Yeni Zelandiya və İngiltərədən sonra Almaniyanın da Ukrayna ilə Rusiya arasındakı soyqırımı mühakiməsinə qoşulmaq üçün müraciət etdiyi bildirilib.

Maraqlarına toxunulan dövlətlərin digər dövlətlər arasında mövcud məhkəmə çəkişməsinə qoşula biləcəyi xatırladılan açıqlamada Almaniyanın, “Tariximiz səbəbi ilə məhkəməyə qoşulmağın xüsusi əhəmiyyəti var” ifadəsi vurğulanıb.

Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna və Rusiyadan Almaniyanın işə qoşulma tələbi ilə bağlı yazılı bəyanatlar təqdim etmələrini istəyib.

Tacxeber.az

Oxşar xəbərlər