İlahiyyatçı cadudan qorunmağın yollarını AÇIQLADI
İlahiyyatçı cadudan qorunmağın yollarını AÇIQLADI
“Mənim əvvəllər cadugərlik fəaliyyətiylə məşğul olan məşhur cadugər olub sonradan tövbə edən dost-tanışlarım olub. Onlardan biri cavan vaxtı dünyasını dəyişən Zahid adlı dostum mənə insanları necə aldatmalarından danışırdı: “Yanıma çox zəngin insanlar, iş adamları gəlirdi. Mənim kafir cinim mənə sakit oturmağımı, indi divanı tərpədəcəyini, şkafın üzərindən vərəqlər tökəcəyini deyirdi. Bunu həqiqətən də edirdi. Həmin zəngin insanlar da bunu görüb daha çox pul atırdı. O qədər pul atırdılar ki, günün sonunda evdəki pulu süpürgə ilə süpürürdük””.
Bu sözləri Yenisabah.az-a ilahiyyatçı Yaşar Qurbanov bu yaxınlarda bir şəxsin qapısının ağzına kəsilmiş, doğranmış gəlincik atılmasına münasibət bildirərərkən deyib. O, bu əməli cadu adlandırıb və cadu mövzusunda əvvəlcə ümumi məlumat verdikdən sonra ondan qorunma yollarından danışıb:
“İnsan ilk növbədə cadudan, falçıdan, gözdəymədən qorunmaq üçün Allaha çoxlu zikrlər etməlidir. Səhər axşam zikrlərini və ümumiyyətlə, duaları artırmalıdır. Müəyyən zikrlər var ki, onlar mütləq səhər-axşam oxumalıdır. Bunlar “İxlas”, “Fələq”, “Nas” surələridir. “Ayətül kürsi”-“Əl Bəqərə” surəsinin 255-ci ayəsi də həmçinin, səhər-axşam evdən çıxarkən və evə daxil olarkən oxunmalıdır. Bəzi dualar var ki, insan onları gündəlik işlər vaxtı oxumalıdır. Yəni, ümumiyyətlə, götürdükdə zikrlərə sarılan insana Allahın izniylə cadu sehir toxunmaz, zikrlərin başında “Əstəğfirullah”, “Lə həvlə vəla qüvvətə illə billəh” dayanır. Surələri bilməyən insanlar yutubdan evlərində səsləndirə bilərlər. Bundan başqa, ruqyə ayələri var. Bunlar da yutubdan dinlənilə bilər. Çoxlu dualar etmək, dəstəmazlı halda yatmaq büdcə imkan verirsə, sədəqə verilsin, ayaqyoluna girib çıxarkən də zikrlər edilməlidir”.
İlahiyyatçı bildirdi ki, cadunun təmizlənməsi üçün falçı və ekstrasenslərə getmək islam dinində qəbul olunmur:
“İnsanların qapılarına doğru olmayan şeylər atırlar. Onlar da bunun cadu olduğunu bilib, təmizlənməsi üçün cadugərin yanına gedirlər. Ümumiyyətlə, dinimizdə cadugərin yanına getmək böyük günahdır. Caduyla məşğul olan insan kafirdir. Dindən çıxır. Başqa sözlə, mürtəddir. Cadugərlərin bəziləri guya Allahın adıyla danışır, bəziləri otağında Quran qoyur. Özlərinə bəzən zahirən dini, islami görünüş verirlər. İslam dinində cadugərlik lənətlənib. Caduyla məşğul olanlar şeytana ibadət edirlər. Onlar şeytana nə qədər çox ibadət etsə, nə qədər çox dindən azsa, kafir cinlərin, şeytanların dediklərini yerinə yetirsələr, onların sehr-caduları bir o qədər güclü olur. Ona görə də belə insanların yanına getmək olmaz. Çünki onlar şeytanlara ibadət edirlər. Cadugərlərin əsas məqsədi insanların pullarını əldə etmək istəmələri və onun arxasında duran, ona güc verən şeytanın insanların imanlarını almalarıdır. Ona görə peyğəmbərimiz (s.ə.v) kim sehirbazın, kahinin, falçının yanına gedərsə, onun 40 gün namazı qəbul olunmadığını buyurur. Təsəvvür edin, sadəcə, yanına getməklə 40 gün namaz qəbul olunmur. Amma kim onun sözünü təsdiqləyərsə, inanarsa, o artıq peyğəmbərə (s.ə.v) endirilmiş Qurani-Kərimə küfr etmiş olur. Yəni, Quranı inkar etmiş olur. Ona görə də cadugərlər, bu işlə həyatını başa vuran insanlar əbədi cəhənnəmlikdir. Onlar kafir sayılır. Çünki onlar Allah və rəsuluna üsyan edirlər. Onların yanına getmək olmaz. Əgər onlar cadugərliklə var-dövlət qazanırlarsa, yəni, bunu bacarırlarsa, niyə camaatdan pul tələb edirlər. İnsanlardan pul tələb etmədən varlana bilərlər. Elə, cinlər şeytanlar onlara bütün xəzinələrin qapılarını açsın. O cadugərin, şarlatanın da əsas məqsədi də insanların maliyyəsini əldə etmək, arxasında olan ibadət etdiyi kafir cin, şeytanın isə ora gələn insanın imanını əlindən almasıdır. Mənim əvvəllər cadugərlik fəaliyyətiylə məşğulluq olan məşhur cadugər olub sonradan tövbə edən dost-tanışlarım olub. Onlardan biri cavan vaxtı dünyasını dəyişən Zahid adlı dostum mənə insanları necə aldatmalarından danışırdı: “Yanıma çox zəngin insanlar iş adamları gəlirdi. Mənim kafir cinim mənə sakit oturmağımı, divanı tərpədəcəyini, şkafın üzərindən vərəqlər tökəcəyini deyirdi. Həqiqətən də edirdi. Həmin zəngin insanlar da bunu görüb daha çox pul atırdı. O qədər pul atırdılar ki, günün sonunda evdəki pulu süpürgə ilə süpürürdük”. Bayaq da vurğuladığım məqam budur ki, əgər bu cadugarlıq bu şeytan bu cin nəsə verə bilirsə, elə cadugara verərdilər. Əksinə, onların camaatın puluna ehtiyacları var. Bu şəxslər kafir cinlərə, şeytanlara ibadət edirlər. O kafir cinlər, şeytanlar da bunların vasitəsiylə insanların imanının əlindən getməsini istəyirlər. Onlar bunlara inanmalarını və kafir kimi dünyadan köçmələrini istəyirlər. Ona görə də onların yanına getmək, onlara inanmaq və onlardan qorxmaq olmaz. İnsan zikrlərə sarılarsa, səhər-axşam bunları edərsə, gün ərzində oxuyarsa, ona heç nə təsir göstərməz. Ümumiyyətlə, insan çalışmalıdır ki, surə və ayə bilmirsə belə, yutubdan surə və ayələri evində səsləndirsin”.
İlahiyyatçı bildirib ki, insan özü də cadunu təmizləyə bilər:
“İnsan cadunu özü təmizləyə bilər. Bunu elə özü etməlidir. Amma bunu edə bilmirsə, din adamı və ya təqvalı insanlardan birinə müraciət edə bilər. Cadudan təmizlənməyin islami yolu bu dediklərimdir. Yoxsa, bu saxtakar falçıların yanına getməklə cadu təmizlənmir. Elə insanalar var ki, cadularını falçıların yanına getməklə təmizlənməyin mümkün olduğunu düşünürlər. Birdəfəlik bilmək lazımdır ki, cadugar bunları təmizləmir. Əksinə, daha da pisləşdirir, insanın küfrünü, zəlalətini artırır, onu kafir cinə, şeytana bağlayır. Nəticədə də o insan məhv olur. Bu cadugərliyin nəticəsində pis xəstəliklər başlayır. Özləri, ailələri əziyyət görürlər. Onlar insanlara “cadularını təmizləyəcəm” deməklə, əslində, insanları aldadırlar, insanlara cadu edirlər. İnsanlara o tapdığı nədirsə, “gətir, mən onu təmizləyərəm” deməklə onları aldadırlar. O şeyləri ayaqyoluna atırlar. Bu da o deməkdir ki, həmin cadu heç vaxt təmizlənməyəcək. Yaxud da insana evlərindən tapdıqları şeylərin nəcasətlə murdarlayıb dənizə atmalarını deyirlər. Bununla cadunun heç vaxt təmizlənməməsinə çalışırlar. Tapılan bir şeyin də təmizlənmə qaydası cadudan qorunmağın da qaydası var. Amma bunu dinimizdə öyrədilən formasında edilməsi yaxşıdır. O cadugərləri evə qəbul etmək də olmaz. Çünki onlar sənin evinə gəldikdə arxasınca böyük bir kafir cin ordusu da gətirirlər. Cadugərin, falçının yanına getmək, sanki, murdar nəcasət, şeytanın, kafir cinin yanına gedilməsidir”
Yaşar Qurbanov deyir ki, falçı və ekstrasenslərin caduları bəzən ona görə möhkəm olur ki, kafir cinlər, şeytanlar həmin cadugərlərə nəcasət yedizdirirlər:
“Ekstrasenlər, falçılar bu dərəcəyə çatmaq, insanlara zərər vermək üçün ilk növbədə cinlər, şeytanlar onlara murdar şeylər, nəcasət yedizdirirlər. Onların sehri güclü olsun deyə, it, ilan, qurbağa əti yedizdirirlər. Cadugərlər heç zaman tövbə edib haqq yoluna qayıda bilməsin deyə bunu edirlər. Siz onları zahirən insan kimi görürsünüz, əslində, onların qəlbləri kafir cin, şeytan qəlbidir. Kafir, cin şeytanlar nəcasətlə onlara bəzi şeylər yazdırırlar. İnsanlara deyirlər ki, guya caduların təmzilənməyi üçün yazdığı kəlmələrin arasında cinləri, şeytanları köməyə çağıran sözlər də var. Bəzən yazdıqlarının təsiri olması üçün yazılana qurd yağı, qan sürtürlər. Düşünün, bu insanlar nə qədər kafir, mürtəddirlər ki, bunlar şeytanın bütün buyruqlarını yerinə yetirirlər. Onlar insanları daha da bədbəxt edirlər”.
İlahiyyatçının sözlərinə görə falçı və ekstrasenslərin yanına gedənlər ağır xəstəliklərə düçar olurlar:
“Onların yanına gedənlər də ağır xərçəng xəstəliyindən tutmuş çox pis xəstəliklərə qədər tutulurlar. Çünki artıq cinlə, şeytanla murdarla təmasda olmaq bu kimi xəstəliklərə gətirib çıxarır”.
Yaşar Qurbanov cadudan təmizlənməyi yollarından da danışdı:
“İnsan evində nəsə tapırsa, (məsələn, kağız, qıfıl, gəlincik və ya açarı hansısa bir kağıza büküb bağlayıblar) Bir litrlik su qabı götürülməli, həmin su qabının içinə tapılan şey qoyulmalıdır. O suyun içinə qaba ağzını yapışdırıb şəxs özü oxuya bilirsə, oxusun, oxuya bilmirsə, oxuya bilən kimlərsə bunu etsin- 7 dəfə “Fatihə”surəsi , 7 dəfə “Ayətül kürsü”, sonra 7 dəfə “İxlas” surəsi, 7 dəfə “Fələq”, 7 dəfə də “Nas” surəsini oxumaq kifayətdir. Əlavələr etmək istəyirsə, “Araf” surəsi 117-119-cu ayələri oxunsun. 117-119 Allahın Musaya (ə.s) necə cadudan təmizlənməyi öyrətdiyi ayələrdir. Sonra “Yunus” surəsinin 79-82-ci ayələri oxusun. “Taha” surəsi 65-69-cu ayələri də əlavə oluna bilər. Oxunduqdan sonra həmin suyun içinə sidr tozu varsa, qata bilərlər. Yoxdursa, su da kifayətdir. Oxuduqdan sonra həmin əşya 4-5 saat ayə oxunulan suyun içində qalır. Yanan şeydirsə, yandırılmalı, sınmalıdırsa da, sındırılmalıdır. Ondan sonra da su həyətə ağacın dibinə ayaqyoluna atılmalıdır. Həmin suyun üzərinə Quran ayələri oxunduğundan onu ayaqyoluna, kanalizasiyaya tökmək olmaz. Bir şəxs özünə cadu edildiyindən şübhələnirsə, çimiləcək su qabına sidr tozu əlavə eləsin. Yuxarda vurğuladığım surələri oxusun və həmin suyla vannanın içində yuyunsun. Evi təmizləmək üçün isə eyni dediyimiz qaydanı etdikdən sonra suyla evi təmizləsin, bundan sonra həyətə və ya ağacların dibinə töksün. Çünki Quran ayələri oxunan suyu çirkli yerlərə istifadə etmək olmaz. Cadu edilən insanın əlamətləri isə sümük, baş ağrıları və s.dir İnsan bu ağrlarla həkimə gedir, amma analizləri təmiz çıxmasına baxmayaraq narahatlıqları davam edir. Bunlar ona edilmiş əməlin əlamətləridir”.
Sonda ilahiyyatçı cadu olunmuş və ya cinlər musallat olunmuş evlərin bir neçə əlamətlərindən, hansı cadu növünü necə təmizləməyin yollarını da diqqətə çatdırdı:
Səbəbi məlum olmadan ev işıqlarlarının daima sönməsi və ya xarab olması, evdə təmizliyə riayət olunmasına baxmayaraq, müxtəlif həşəratların geniş sürətdə artması və yayılması, evdə olanların əksəriyyətinin daima qorxulu yuxular görməsi, evə daxil olduqda daxili sıxıntı, oradan çıxdıqda isə əksinə rahat olmaları, evdə daima müxtəlif yerlərdan səbəbi məlum olmayan səslərin gəlməsi, dağınıqlıq və sair əlamətlər cadu olunmuş evin işarələridir. Sehri batil etməyin isə müxtəlif yolları var və hər yöntəmin müəyyən mənası var. Buna görə hansı sehri hansı yolnan batil etməyi bilməliyik:
Muska ( bəzi xəstəliklər, pislikləri üzərindən uzaqlaşdırmaq üçün insanın boynundan asdığı yazılı kağız) ətrafı, üstü açılır, içindəki kağızlar və digər şeylər həmin ayələr oxunmuş suya qoyulur və sonra sudan çıxardılıb qurudulur və yandırılır. İplərə edilən düyünlər isə belə batil edilir: Həmin ayələr oxunmuş suya qoyulur geri çıxarılır, iplərə nas və fələq surələri oxunur və üzərinə üflənir, düyünləri açılır və ya kəsilir. Qıfıl,zəncir,üzük və s. bunlar üzərindən edilən cadular isə yuxarda bildirdiyim ayələr oxunmuş suya qoyulur. Sudan çıxardıqdan sonra çəkiclə, bərk bir şeylə qırılır, əzilir, mümkündüsə ortasından kəsilir. Yumurta ilə edilən cadular bu ayələr ayələr oxunmuş suda bir müddət saxlanılır, çıxarıb sındırılır bir daha suya qoyulur, sonra yandırılır. Evin önünə atılan sehr(qurd yağı) belə təmizlənir: 7 gün ərzində həmin ayələr oxunmuş suyla yuyulur.
Saçlara vurulan düyünlərə edilən cadular isə iplərə vurulan düyünlərlə eyni cür batil edilir. Əşya, paltarlara edilən cadular-xəstə o əşyaya yaxınlaşanda və ya geyindiyində çox pis olur. O əşyayı oxunmuş suya qoymaq, sonra qurudub yandırmaq lazımdır.
Cadunun insana təsir etməməsinin əsas amilləri də bunlardır: Saleh insanlarla oturmaq, hər gün 100 dəfə və daha çox “Lə ilahə illallahu vəhdəhu lə şərikə ləhu, ləhul mülk va ləhül həmdü va huva alə kulli şey’in qadir” (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir).
Bundan başqa, səhər və axşam 3 dəfə:
“Bismilləhil ləzi lə yədurru məa ismihi şeyun fil-ardı və lə fis-səmai və huvəs-səmiul-alim”.
(Adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməyən Allahın Adı ilə! O, Eşidəndir, Biləndir!) və səhər və axşam 3 dəfə:
“Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq” (Yaratdıqlarının şərindən Allahın tam kəlmələrinə sığınıram!)
Səhər və axşam xüsusi oxunan zikrlərdə səhlənkarlıq etməyin” – Yaşar Qurbanov fikirlərinə yekun vurub.
İmamət İSMAYILOVA