Rusiyanın iki diplomatı öldürüldü
Rusiyanın iki diplomatı öldürüldü
Kabulda Rusiya səfirliyinin qarşısında baş verən partlayışda azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.
Tacxeber.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“5 sentyabr saat 10:50-də (yerli vaxtla) Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin yaxınlığında naməlum silahlı partlayıcını işə salıb. Hücum nəticəsində dipmissiyanın iki əməkdaşı ölüb, əfqan vətəndaşlar arasında da zərərçəkənlər var. Səfirlik təhqiqat aparan Əfqanıstan təhlükəsizlik xidmətləri ilə sıx əlaqə saxlayır”, – məlumatda bildirilib.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov hadisəni terror aktı adlandırıb:
“Söhbət terror aktından gedir. Hazırda əsas məsələ rus diplomatlarla nə baş verdiyi haqda məlumat almaqdır. Hazırda məlumatlar dəqiqləşdirilir”.
Qeyd edək ki, bundan öncə kamikadzenin Rusiya səfirliyi önündə partlayış törətdiyi, nəticədə 20 nəfərə yaxın şəxsin öldüyü bildirilmişdi.
***
RİA-nın məlumatına görə, partlayış rusiyalı diplomatın viza müraciəti edənlərin adlarını açıqlamaq üçün çölə çıxdığı zaman baş verib.
“Rusiya səfirliyinə yaxınlaşan kamikadze Taliban mühafizəçiləri tərəfindən vurulub…” – məlumatda vurğulanıb.
Bildirilib ki, rusiyalı diplomat və səfirliyin mühafizəçisi olan Rusiya vətəndaşı yaralanıb.
***
İŞİD terror qruplaşması Kabildə Rusiya səfirliyi qarşısında terakta görə məsuliyyəti öz üzərinə götürüb.