• 09 Oktyabr 2024 02:05

Əvəz Zeynallı Rasim Məmmədovun ailəsindən 20 min alıb? 

Əvəz Zeynallı Rasim Məmmədovun ailəsindən 20 min alıb?

Əvəz Zeynallı Rasim Məmmədovun ailəsindən 20 min alıb?

 

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürülüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə haqqin.az saytında yazılıb.

Ə.Zeynallının R.Məmmədovun yaxınlarından onu tənqid etməyi dayandıracağı müqabilində pul aldığı bildirilir. Lakin Ə.Zeynallı üzərinə düşdüyü öhdəliyi pozduğu üçün R.Məmmədovun ailəsinin pulu geri tələb etdiyi qeyd olunur.

Bununla bağlı səs yazısı da saytda yayımlanıb.

Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə Gununsesi.info-ya açıqlamasında bu haqda deyib:

“Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi.  “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.

Əvəz Zeynallı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sabah bu barədə özü geniş açıqlama verəcək.

***

Elçin Sadıqovun açıqlamasına haqqin.az saytının rəhbəri Eynulla Fətullayev isə “Elə etmə ki, sənin də səsini yayım!” deyə reaksiya verib.

Rasim Məmmədov

Qeyd edək ki, “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda  ittiham olunub. Sabiq şirkət rəhbərinin 13 milyon 200 min manat pulu mənimsəməsinə, 42 milyon manat dəyərində məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilinir.

Tacxeber.az

Oxşar xəbərlər