İrandan Rusiyaya təyyarəylə nələr daşınır?
İrandan Rusiyaya təyyarəylə nələr daşınır?
![İrandan Rusiyaya təyyarəylə nələr daşınır?](https://qazet.az/resized/fit900x500/center/pages/102424/teyyare-iran.jpg)
İranın yük təyyarələri kütləvi şəkildə Rusiyaya gəlməyə başlayıb.
Tacxeber.az xəbər verir ki, bu barədə “Flightradar” uçuş izləmə portalı məlumat yayıb.
Bildirilir ki, İran hava Yollarına məxsus “Boinq 747-21AC” yük təyyarəsi sentyabrın 4-ü axşam saatlarında Moskvanın Şeremetyevo hava limanına eniş edib. Ertəsi gün isə yenidən İrana qayıdıb.
“Military İnformant” Teleqram kanalı isə avqustun 21-dən bəri İrandan Rusiyaya üç belə reysin həyata keçirildiyini yazıb. Yük təyyarələriylə nələrin daşındığı isə məlum deyil.