• 10 Dekabr 2024 21:10

“Rus dilində təhsil tələb edənlərə CİNAYƏT İŞİ AÇILMALIDIR”

“Rus dilində təhsil tələb edənlərə CİNAYƏT İŞİ AÇILMALIDIR”

Son vaxtlar Azərbaycanın içərisində də rus dilində təhsillə bağlı aparılan işlər göstərir ki, daxildə Rusiyanın 5-ci kolonu ciddi işlər görür. Məsələn, adamları Təhsil Nazirlyinin qarşısına yığıb deyirlər ki, biz uşaqlarımızı rus dilində oxutmaq istəyirik, rus dilində məktəb yoxdur.

Bu fikirləri hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, halbu ki, o adamların hamısı haqqında cinayət işi qaldırılmalıdır. Çünki bunlar hamısı Azərbaycan Konstitusiyasına zidd bir mövqe tutublar:

“Onlar uşaqlarını Azərbaycan məktəblərinə qoymaldırlar ki, ana dilində dərsə başlasınlar, sonra istəsələr xüsusi şəkildə özəl məktəblərdə oxuda bilərlər. Rus Duması qərar qəbul edib ki, “rusdillilərlə, ruslar arasında heç bir fər yoxdur”. Yəni azərbaycanlı rus dilində təhsil alrsa, o Rusiya vətəndaşı kimi qəbul edilir və rus dili bilənlərə rus vətəndaşlığının asanlaşdırılmış şəkildə verilməsi ilə bağlı Rusiyanın qərarı var. Məqsəd də burda rus pasportu paylayıb onun dalınca da rus əsgərini göndərməkdir. Dövlətin müstəqilliyi və suverenliyində maraqlı olan tərəflər bunun kökünü kəsməlidir. Təhsil Nazirliyinin qarşısına çıxıb rus dilində təhsil uğrunda mübarizə aparanlar vətəndaşıqdan məhrum edilməlidir. Onları Azərbaycandan deportasiya etmək lazımdır. Əslində o adamlar ya Rusiyanın pullu agentləridir.

Tacxeber.az

Oxşar xəbərlər