• 27 İyul 2024 06:31

Ruslara ağır zərbə: Çox sayda texnika məhv edildi

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.

“Gün ərzində yerüstü qrupların hərəkətlərinə dəstək məqsədilə Müdafiə Qüvvələrinin aviasiyası düşmənin istehkamlarına, canlı qüvvə və texnikasının cəmləşdiyi yerlərə 30-dan çox zərbə endirib. Ukraynanın hava hücumundan müdafiə bölmələri müxtəlif istiqamətlərdə iki Su- 25 təyyarə, iki helikopter (Ka-52 və Mi-24), həmçinin beş dronu məhv dib”, – məlumatda deyilir.

Eyni zamanda Ukrayna quru qoşun qruplarının raket qoşunları və artilleriya bölmələri əks-batareya döyüşü, idarəetmə sisteminin və maddi-texniki təminatın pozulması, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının darmadağın edilməsi üzrə tapşırıqların icrasını davam etdirir. Cari gün ərzində həyata keçirilən atəşkəs nəticəsində işğalçıların cəmləşdiyi ərazilərdəki komanda məntəqəsi, yanacaq-sürtkü materialları anbarı, düşmənin canlı qüvvəsi, silah və hərbi texnikası zərərsizləşdirilib. /Teleqraf.com

Tacxeber.az

Oxşar xəbərlər