Nigeriya gömrükçülərinin xüsusi əməliyyatı zamanı Nigeriyadan Honk-Konqa danışan eşşək penisləri aşkarlanıb.
Əməliyyat zamanı 16 kisə heyvan cinsiyyət orqanı aşkarlanıb.
Nigeriya rəsmiləri bildirib ki, aparılan yük məqsədli olaraq inək cinsi orqanı kimi sənədləşdirilib:
“Penisin uzunluğunu görəndə şübhələndik, araşdırma aparmaqla müəyyənləşdi ki, bu inək yox, eşşək penisidir” .
Rəsmilər deyir ki, Asiya ölkələri eşşək dəri və digər orqanlarından dərmanlar hazırlamaq məqsədiylə istifadə edirlər.
Qeyd edək ki, Nigeriyada eşşək dəriləri tez-tez xaricə ixrac edilir və ya qaçaqmalçılıq yolu ilə aparılır. Amma eşşək cinsiyyət orqanının alverinin nadir hadisə olduğu deyilir. İyul ayında Nigeriya gömrüyü qaçaqmalçılıq yolu ilə gətirilən 116 min dollar dəyərində eşşək dərisini müsadirə etmişdi. /Yenisabah.az