“Rayonda saqqalıma görə polis saxlayırdı” – Suriyaya gedən azərbaycanlı
Ən böyüyü səkkiz yaşında olan dörd övladını, həyat yoldaşını qoyub Suriyaya gedən Səfa Dabaxov iddia edir ki, ona orada rahat yaşayış vəd olunmuşdu. Demişdilər ki, orada heç bir maneə olmadan dini inanclarına da əməl edə biləcək. Onun sözlərinə görə, gedəndən bir müddət sonra vədlərin doğru olmadığını görüb peşman olsa da, qayıtmaq imkanı olmayıb.
