• 11 Dekabr 2024 01:03

Rusiyalı oliqarxdan Ukraynaya 1 milyardlıq YARDIM

Rusiyalı oliqarxdan Ukraynaya 1 milyardlıq YARDIM

Rusiyalı oliqarxdan Ukraynaya 1 milyardlıq YARDIM

Rusiyalı iş adamı Mikhailo Fridman şəxsi sərvətindən 1 milyard dolları həmtəsisçisi olduğu Ukraynanın “Alfa Bank” bankına köçürməyi təklif edib. Məlumata görə, təklif Britaniyanı ona qarşı sanksiyaları ləğv etməyə inandırmaq məqsədi daşıyır.

Tacxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilir ki,sanksiya altında olan iş adamları, banklar və şirkətlər Rusiyanın işğalından sonra Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün Qərb ölkələrinin hakimiyyət orqanlarına gizli şəkildə vəsait verirlər.

Ukraynanın “Alfa-bank”ı Kiyev rəsmilərinə Fridmana şəxsi sərvətindən 1 milyard dollar köçürməyə icazə verib. Bankın müşahidə şurasının rəhbəri Roman Şpek bildirib ki, bu pul Ukraynada infrastruktur, səhiyyə, ərzaq və enerji təhlükəsizliyi ilə bağlı layihələrin maliyyələşdirilməsinə sərf olunacaq.

Xatırladırıq ki, Mykhailo Fridman və Petro Aven onlara qarşı tətbiq edilən sanksiyalardan Aİ Baş Məhkəməsinə şikayət edirlər. Onlar hüquqlarının pozulduğunu əsas gətirərək, Qərb hökumətlərinin Kremllə sıx əlaqədə olmaq ittihamlarını rədd edərək məhkəmədən sanksiyaların ləğvini istəyirlər.

Bildiyiniz kimi, Ukrayna rusiyalı oliqarx Fridmanın 12 milyard qrivnadan çox dəyərindəki aktivlərinə həbs qoyub .

Tacxeber.az

Oxşar xəbərlər