• 17 İyun 2024 08:47

Ukrayna ordusunun əsir götürdüyü general imiş

Ukrayna ordusunun əsir götürdüyü general imiş

Ukrayna ordusunun əsir götürdüyü general imiş

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ukrayna ordusu Xarkov istiqamətində bir qrup rusiyalı hərbçini əsir götürüb. Əsir götürülənlər arasında Rusiya ordusunun polkovnik-leytenantının da olduğu bildirilirdi.

Tacxeber.az xəbər verir ki, Ukrayna teleqram kanallarında sözügedən polkovnikin kimliyinə dair məlumatlar yayılıb.

Məlumata görə, əsir götürülən yüksək vəzifəli hərbçi “Qərb” qoşun qrupunun komandiri general Andrey Sıçevoydur.

Bildirilir ki, Ukrayna ordusunun Balakleya şəhəri yaxınlığında əsir götürdüyü hərbçi ilə Sıçevoy zahirən oxşardır.

Bu barədə məlumat hələ ki rəsmi olaraq təsdiq olunmayıb.

Tacxeber.az

Oxşar xəbərlər