• 22 Noyabr 2024 17:47

Əvəz Zeynallı külli miqdarda rüşvət alma maddəsi ilə ittiham olunur.

Jurnalist Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham verilib. O, ittihamın cəfəngiyyat olduğunu bildirib və ifadə verməkdən imtina edib. Vəkil Elçin Sadıqov barəsində də eyni maddənin irəli sürüldüyü deyilir. Qeyd edim ki, bu maddə ilə təqsirli bilinən şəxs 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Həbib Müntəzir

Tacxeber.az

Oxşar xəbərlər