• 22 Noyabr 2024 18:41

Əzələ böyüdən protein həbdlərin təhlükəsi – Həkim: ““Qarın doydu” ifadəsi çox ziyanlı məsələdir”

“Dopinq və idmançıların qəbul etdiyi protein həblər fərqli nəsnələrdir. Protein sadəcə insan bədənində zülal mübadiləsini gücləndirir”.

“Protein növü kimi kafeinin adını çəkə bilərəm. Kafein psixostimulyatordur. Çay, kofe içəndə, adətən, insan rahatlaşır. Çünki onlar maddələr mübadiləsini gücləndirir. Sanki insanın bədənində ümumi enerji işə düşür.

Orqanizmdə karbohidrat, yağ mübadilələri var. Ancaq idmançılar protein məhsulları qəbul edəndə ona uyğun hərəkət edirlər. Məsələn, qol hərəkəti edir, nəticədə də yalnız qolunun əzələsi şişir. Yəni əzaların yalnız birinə üstünlük verdirir. Amma o biri əzalar kənarda qalır.

Bununla belə, insan bədənində çatışmazlıqlar hiss olunur. Çünki bir orqana güc verəndə digər orqanlar qida maddələrini almadığından qəfil ölüm hallarının baş verməsi qaçılmazdır”.

Həkim-farmakoloqun sözlərinə görə, dopinqdən də lazımi miqdardan artıq istifadə ölümlə nəticələnə bilər:

“Dopinq də faciəyə gətirib çıxarır. Onun istifadəsi zamanı bədən yüksək dərəcədə enerji qazanır, amma ürək-damar sistemi bəzən buna tab gətirmir.

Həyatda 100 faizli xeyirli nəsə yoxdur. Hər şeyin ziyanlı tərəfi var, hər şeyi normadan artıq qəbul etmə problemlərə gətirib çıxarır. Ən düzü budur ki, insan bir gündə nə qədər enerji itirirsə, həmin enerjinin miqdarına uyğun qida qəbul etsin. “Qarın doydu” ifadəsi çox ziyanlı məsələdir. İnsanlar yedikdə qarını doydurmaq üçün yox, bədənə lazım olan qədər enerji qəbul eləməyi düşünməlidirlər. Qarın doyur, qida parçalanır, amma yediyinin enerjisi çoxdursa, artıq enerji bədəndə istifadəsiz qalır və bədənə ziyan vurur.

Uzun sözün qısası, daş qaldıran bənna ilə oturaq həyat keçirən həkimin eyni qidalanması düzgün deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Tibb Universitetinin dosenti, farmakoloq Aydın Əliyev deyib.

İmamət İSMAYILOVA

Oxşar xəbərlər