• 27 İyul 2024 04:52

“Atanın oğul üçün məzar düzəltdirməyi faciədir” – Rəhman Rəhmanov

“Şəxsi həyatımda dəyişiklik olub, amma balalarıma aid etməmişəm. Balalarımdan əl çəkməmişəm. Həyat yoldaşım da onları sevirdi, balalarımdan əl çəkməyib. Gedib-gəlmişik, yaxşı münasibət olub”.

Bu sözləri Əməkdar artist Rəhman Rəhmanov “O üz” proqramında deyib. Aktyor dünyasını dəyişən oğlundan danışıb:

“İlham hər şeyi mənə danışırdı. Elə övladı kim istəməz?  Ona görə yanıb tökülürəm. Elə övlad ölməməlidir, valideyni mənzil başına yola salmalıdır. Valideyn deyir ki, övladımın çiynində gedim. Amma atanın oğul üçün məzar düzəltdirməyi faciədir”.

Tacxeber.az

Oxşar xəbərlər