• 14 Oktyabr 2024 21:05

Bosniyada törədilən soyqırımın təşkilatçılarından olan generalın vəziyyəti

Bosniyada törədilən soyqırımın təşkilatçılarından olan generalın vəziyyəti

 

 

Bosniyada törədilən soyqırımın təşkilatçılarından olan generalın vəziyyəti ağırdır

Bosniya və Hersoqovinadakı Serbiya hərbçilərinin keçmiş komandanı general Ratko Mladiçinvəziyyət ağırlaşıb.

Tacxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun oğlu Darko Mladiz bildirib.

Onun sözlərinə görə, atasının ağciyəri və ürəyində problem yaranıb.

Qeyd edək ki, Ratko Mladiç 1942-ci il mart ayında Xorvatiyanın Bojanoviçi kəndində anadan olub. Milliyyətcə serbdir. 1992-1995-ci illərdə Serbiya Respublikası Ordusunun Qərargah rəisi, Yuqoslaviyanın dağılması zamanı serblərin liderlərindən biri olub. Xorvatiyada, Bosniya və Herseqovinada gedən müharibələr zamanı bir sıra əməliyyatlara başçılıq edib.

1996-cı ildə Mladiç Serbiyanın başqa liderləri ilə birlikdə Haaqa Beynəlxalq Tribunalı tərəfindən Sarayevonun mühasirəsi, həmçinin Srebrenitsada qətliamla bağlı müharibə cinayətləri və soyqırımda ittiham edilib. 2011-ci ildə Mladiç Serbiyada həbs edilərək Haaqa məhkəməsinə təhvil verilib. 2017-ci il noyabrın 22-də Haaqa Tribunalı Mladiçi soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. 2021-ci il iyunun 8-də Apellyasiya Məhkəməsi Mladiçin apellyasiya şikayətini təmin etməyib və ömürlük həbs cəzasını qüvvədə saxlayıb.

Xatırladaq ki, 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirib. BMT və dünyanın bir çox dövləti bu vəhşiliyi soyqırım olaraq tanıyır.

Tacxeber.az

Oxşar xəbərlər