• 08 Sentyabr 2024 05:16

“Bu, strateji məğlubiyyətin başlanğıcıdır” – Strelkov panikadadı

“Bu, strateji məğlubiyyətin başlanğıcıdır” – Strelkov panikadadı

“Açıq görünür ki, cəbhənin geniş hissəsində davamlı operativ böhran böyük məğlubiyyətə çevrilir”.

Tacxeber.az xəbər verir ki, bunu Donbasdakı separatçı hərəkatın ən fəal təşkilatçılarından biri, “dxr”-in sabiq “müdafiə naziri”, məşhur terrorçu İqor Strelkov(Qirkin) öz “Telegram” kanalında Xarkov istiqamətindəki döyüşləri şərh edərkən bildirib.

Strelkov Ukraynanın gözlənilməz hücumu səbəbindən panika içərisində yazdığı açıq sezilən paylaşımında bildirib ki, rus ordusu mümkün olan hər şeyi uduzub.

O, Kupyansk şəhərinin guya yalnız üçdə ikisinin rus ordusu tərəfindən təhvil verildiyini yazıb. Lakin eyni zamanda Ukrayna Ordusu qarşısından qaçan rus qoşunlarını da lağa qoyub.

Belə ki, Rusiya tərəfi qoşunların geri çəkilməsini “düzgün taktiki gediş” kimi izah edib və bildirib ki, qoşunlar Oskol çayının, yəni su maneəsinin digər tərəfinə keçərək, orada müdafiə xətti qurub. Qirkin bu izahata ironiya ilə belə şərh verib: “Məlumat üçün bildirim ki, ilin bu vaxtlarında Oskol çayını piyada keçmək olur. Demək olar ki, onun heç bir hissəsində hərbi texnikanın keçidi üçün maneə yoxdur. Cəbhənin geniş hissəsində davamlı operativ böhranın böyük məğlubiyyətə çevrildiyini müşahidə edirik. İndi söhbət yalnız onun dərinləşməsinin qarşısını almaqdan – operativ məğlubiyyətin strateji məğlubiyyətə keçməsinə imkan verməməkdən gedə bilər. Hansı ki, əslində o, artıq bu mərhələyə keçib. Təşəbbüs uğrunda savaşı artıq düşmən qazanıb. İndi söhbət ondan getməlidir ki, Ukrayna Silahlı Qüvvələrinin bizim böyük hərbi birləşmələrimizi mühasirəyə alıb, məhv etməsinə imkan verilməsin”.

Qirkin deyib ki, hadisələrin belə bir məcraya yönələcəyi barədə dəfələrlə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, Ukrayna Ordusu həmçinin, Liman və Lisiçansk şəhərləri istiqamətində də irəliləyib və Donetsk şəhəri hazırda güclü atəş altındadır.

Tacxeber.az

Oxşar xəbərlər