• 27 İyul 2024 06:28

Ev alarkən diqqətli olun – Belə aldadıla bilərsiniz

Ev alarkən diqqətli olun – Belə aldadıla bilərsiniz

Ev alarkən diqqətli olun - Belə aldadıla bilərsiniz

İllərdir ki, Bakıda bir mənzilin bir neçə nəfərə satılması problemi bitmək bilmir. Təəssüflər olsun ki, bu gün də tələyə düşənlər az deyil. Mənzil alınır, pul ödənir və aylar sonra bilinir ki, sən demə bu evin səndən başqa 4-5 sahibi də var. Bu qədər insanı aldatmaq da yəqin ki, xüsusi bacarıq tələb edir. Bu gün belə bir problem çəkmişik. 

 

Küllü miqdarda pul verib aldıqları mənzilləri özlərindən başqa bir neçə şəxsə satılıb. İndi nə pulları qaytarılır, nə də mənzillərinə sahiblənə bilirlər.

 

İddialara görə, Paytaxtın Nərimanov rayonu, Dadaş Bünyadzadə 57 ünvanında yerləşən ”Təbriz” MTK-nın sədri Nofəl Hacıyev 14 mərtəbəli binada olan eyni mənzilləri ayrı-ayrı şəxslərə satıb

 

Şikayətçilər Nofəl Hacıyevlə yanaşı binın digər təsisçilərindən də narazıdırlar. Üstəlik hazırda binada tikinti işlərinin tam dayandığını bildirirlər.

Məlum oldu ki, Nofəl Hacıyev artıq şikayət əsasında həbs edilib. Vəkili Qalib Məmmədov onun haqqında yayılan iddialara münasibət bildirib.

 

Vəkil onu da qeyd etdi ki, hazırda istintaq məsələni araşdırır . İndi sakinlər aidiyyəti qurumlardan məsələnin tam araşdırılmasını və pullarının qaytarılmasının təmin edilməsini istəyirlər.

Tacxeber.az

Oxşar xəbərlər