• 27 İyul 2024 07:38

Jurnalist Əvəz Zeynallının saxlanılmasına Baş Prokurorluqdan REAKSİYA – YENİLƏNİB

Baş Prokurorluq jurnalist Əvəz Zeynallının saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumdan Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb:

“Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək”.

16:09

Jurnalist Əvəz Zeynallının saxlanıldığı iddia olunur.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Ə.Zeynallı bu gün günorta saatlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Qeyd edək ki, onun həbsdə olan iş adamlarından birinin ailəsindən 20 min manat pul tələb etdiyi iddia olunur.

Tacxeber.az

Oxşar xəbərlər