• 23 Noyabr 2024 02:46

M. Xadorkovskiy Rusiya Maliyyə Nazirliyindən əldə etdiyi çox maraqlı bir rəsmi sənəd paylaşıb.

Məşhur rusiyalı milyarder iş adamı, siyasi mühacir, müxalifətçi Mixail Xodorkovski Rusiya Maliyyə Nazirliyindən əldə etdiyi çox maraqlı bir rəsmi sənəd paylaşıb.

Həmin sənəddə qeyd edilir ki, 26.08.22 tarixinə həlak olmuş hərbçilərin ailələrinə 361 milyard rubl kompensasiya ödənilib ki, bu da adambaşına 7.4 milyon rubl hesabı ilə 48.759 hərbçi deməkdir. Nəzərə alın ki, bu statistikaya Rosqvardiyanın, DNR və LNR ordularının, müxtəlif xarici muzdluların itkiləri, həmçinin USQ-nin son günlərdəki məhv etdiyi hərbçilərin sayı daxil deyil. Məsələ bununla da bitmir, Maliyyə Nazirliyi xüsusi hərbi əməliyyatın hələ yekunlaşmadığını və onun gələn il də davam edəcəyini nəzərə alaraq, bu məqsədlə əlavə 1 trilyon rubl ayrılmasını xahiş edir ki, bu da 200 min əsgərin həlak olacağını nəzərdə tutur.

Tofiq Yaqublu

Tacxeber.az

Oxşar xəbərlər