• 27 İyul 2024 10:32

“Rusiya ordusu ehtiyac duyduğu təchizat üçün Şimali Koreya və İrana üz tutur”

“Rusiya ordusu ehtiyac duyduğu təchizat üçün Şimali Koreya və İrana üz tutur”

"Rusiya ordusu ehtiyac duyduğu təchizat üçün Şimali Koreya və İrana üz tutur"

Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə etməklə nəinki hərbi qüdrətini sübut edə bilməyib, həm də indi silah yardımı üçün başqa ölkələrə müraciət etmək məcburiyyətində qalıb.

Tacxeber.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Entoni Blinken çıxış edib.

“Prezident Putin düşünürdü ki, onun işğalı Rusiyanın hərbi qüdrətini göstərəcək. Bunun əvəzində Rusiya ordusu ehtiyac duyduğu təchizat üçün Şimali Koreya və İrana üz tutur. Eyni zamanda, Ukraynanın müdafiə qabiliyyəti onların rəhbərliyi, müttəfiqlərin dəstəyi sayəsində artmaqda davam edir”, – Blinken qeyd edib.

Tacxeber.az

Oxşar xəbərlər