• 25 İyun 2024 07:07

Sumqayıtda kişi qısqanclıq zəminində qonşularını yandırıb

Sumqayıtda kişi qısqanclıq zəminində qonşularını yandırıb

Hadisə şəhərin Xəzri yaşayış massivində səhər saatlarında qeydə alınıb

Sumqayıtda kişi qısqanclıq zəminində qonşularını yandırıb

Sumqayıtda 41 yaşlı kişi qısqanclıq zəminində qonşularını yandırıb.

Tacxeber.az xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində səhər saatlarında qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Anar Məmmədov qonşusunun evinin pəncərəsindən benzin ataraq yaşayış sahəsinə od vurub. Bu zaman özü də yanıb. Hadisə zamanı evdə olan 58 yaşlı Oruc Qocayev, onun gəlini 28 yaşlı Günay Qocayeva və nəvəsi Həsən Qocayev müxtəlif yanıq xəsarətləri alıblar.

Onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Anar Məmmədovun bədənin bütün hissəsi yandığından vəziyyəti ağırlaşıb. O, təcili tibbi yardım avtomobili ilə Bakı Yanıq Mərkəzinə göndərilib.

Həyat yoldaşından 2016-cı ildən boşanan Anar Məmmədovun hadisəni qısqanclıq zəminində törətdiyi bildirilir. Keçmiş həyat yoldaşı Aynurə Məmmədova açıqlamasında bildirib ki, Anar Məmmədov onu qonşusuna qısqanırmış. Aynurə Məmmədova boşanmalarına baxmayaraq, eyni evdə qaldıqlarını, lakin hadisə baş verən zaman anasıgildə olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər