• 27 İyul 2024 07:19

Əliyev, Ərdoğan və Paşinyan Səmərqəndə gedir – “Bununla da sülh müqaviləsinin bağlanması…”

Əliyev, Ərdoğan və Paşinyan Səmərqəndə gedir - “Bununla da sülh müqaviləsinin bağlanması...”

Əliyev, Ərdoğan və Paşinyan Səmərqəndə gedir – “Bununla da sülh müqaviləsinin bağlanması…”


Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək.

BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov sammitlə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, görüşdə əsas müzakirə mövzusu təhlükəsizliklə əlaqədar olacaq:

“2001-ci ildə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatının 9 daimi, 3 müşahidəçi üzvü var. Orta Asiya ölkələri və Rusiya, Belarusun təmsil olunduğu təşkilatın unikal bir təşkilat olduğu bildirilir. Bura böyük-kiçik ölkə demədən hər ölkənin maraqlarının qorunduğu, onların təhlükəsizliyinin önə çıxdığı və əsasən iqtisadi maraqların rol aldığı bir təşkilatdır. Hesab etmək olar ki, deyilənlər müəyyən mənada doğru olsa da, bunun axıra kimi mümkün olmadığı hamıya bəllidir. Bunun da başında Əfqanıstanda hakimiyyət dəyişikliyi, Rusiyanın Ukraynaya hücumu fonunda mövcud olan geosiyasi şəraiti nəzərə alsaq, hesab etmək olar ki, bu qurum da deyildiyi kimi sakit günlərini yaşamır. Bura Tacikistan və Qırğızıstan arasında baş verən münaqişələri də əlavə etsək, demək olar ki, bu qurum hələ öz hədəflərinə çatmayıb. Türkiyə və Azərbaycanın təşkilatın sammitinə qonaq qismində dəvət edilməsi, böyük ölçüdə bu qurumdakı qarşıdurma yaradan amilləri neytrallaşdıra və həqiqətən əməkdaşlıq platformasına çevrilə bilər. Hesab edirəm ki, görüşdə əsas məsələ təhlükəsizlik məsələsi olacaq”.

Analitik qeyd edib ki, bunun daha çox Rusiyanın qabardacağını, öz işğalçı hərəkətini ört-basdır etmək, Ukrayna işğalına haqq qazandırmaq üçün beynəlxalq imperializmin qarşısında dayanan ölkə imici yaradacaq:

“Buna görə də, ona dəstək olmaqdan danışacaq. İpək yolu iqtisadi layihəsinin inkişafının bu görüşdə əsas yerlərdən birini tutacağı da şübhəsizdir. Azərbaycan və Türkiyənin bura dəvət edilməsinin də bu məsələ ilə əlaqəli olduğunu düşünürəm. Ermənistanın Cənubi Qafqaz regionunda gedən proseslərdən kənar qalmaması üçün bu kimi təşkilatlara çağırılmasının əsas səbəbi yürütdüyü işğal siyasəti ilə bir çox beynəlxalq kommunikasiya layihələrindən kənarda qalması nəticəsində düşdüyü durumdan çıxarmaq və bununla da Azərbaycan-Ermənistan arasında bağlanması gözlənilən sülh müqaviləsindən sonra onun da beynəlxalq layihələrə qoşulma ehtimallarının olmasını göstərməkdir”.

Tacxeber.az

Oxşar xəbərlər