Bank kartlarımızı dələduzlardan necə qoruyaq? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Son zamanlar kart dələduzlarının artdığının şahidi oluruq. Özü də bu sahədə fəaliyyət göstərənlər zaman keçdikcə “texnoloji qabiliyyətləri”ni sürətlə inkişaf etdirirlər. Məsələn, bəzən olur ki, insanlar pul köçürmək lazım olduqda içində vəsait olmayan kartlarını göndərirlər. Düşünürlər ki, boş olan kartlarının göndərilməsi onlara heç bir problem yaratmaz. Lakin dələduzlar bu boş kart vasitəsilə insanların pul olan hesablarına çıxış imkanı əldə edirlər. Bəs, görəsən, bir kart vasitəsilə digər karta necə daxil olmaq olur?
Dələduzlar bankların mobil tətbiqlərini oğurlayırlar