“Biz iki aya ələ keçirdik, USQ iki günə azad etdi” – İşğalçılar isterika içində
“Biz iki aya ələ keçirdik, USQ iki günə azad etdi” – İşğalçılar isterika içində
İşğalçıların isterikasını göstərən skrinşotu Tvitterdə USQ zabiti Anatoli Ştefan dərc edib.
Ukraynalı zabitin sözlərinə görə, hələlik Rusiya təbliğatının istehlakçılarına təlqin etmək istəyirlər ki, guya Ukraynaya qarşı müharibə «plan üzrə gedir», şəbəkədə getdikcə Rusiya Federasiyasının daha çox nümayəndələri işğalçıların döyüş meydanındakı uğursuzluqlarını dərk edirlər. İşğalçılar Ukraynanın əks-hücum uğurları səbəbilə, emosiyaları cilovlamaq əhvalında deyillər.
Nümunə qismində zabit bir rusiyalı işğalçının skrinşotunu dərc edib. Orada işğalçı Xarkov vilayətində Ukrayna şəhərlərinin işğaldan azad edilməsindən qəmginliyini bildirir. Həm də RF nümayəndəsi bildirir ki, Rusiya komandanlığı cəbhədəki hadisələrə reaksiya vermir (Xatırla – bu günlərdə Prezident Putin deyib ki, Ukrayna müharibəsində 50 min Rusiya hərbçisinin öldürülməsi bizim üçün itki deyil, əsas olanı qələbədir – Red.).
Xatırladırıq ki, Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti ilğal zonasında əks-hücumunun gedişindəki hadisələr rusiyalıların Müdafiə Nazirliyinin sosial qruplarında səs-küylü suallar və şərhlər yaradıb.
Məlum olduğu kimi, Vladimir Zelenski rəsmi olaraq, təsdiqləyib ki, ukraynalı müdafiəçilər Rusiya ordusundan Xarkov vilayətinin Balakleya şəhərini azad ediblər. Orada dövlət bayrağı qaldırıblar.
Bir qədər gec, dövlət başçısı təsdiqləyib ki, USQ Xarkov vilayətində əvvəl Rusiya ordusu tərəfindən işğal olunmuş 30-dan çox yaşayış məntəqəsini azad edərək, nəzarət altına alıb. Ordu, kəşfiyyat və təhlükəsizlik xidməti bir neçə operativ istiqamətlərdə aktiv fəaliyyəti davam edir.
Yeri gəlmişkən, Pentaqonda ilk dəfə bəyan ediblər ki, USQ əks-hücuma başlayıb. ABŞ Müdafiə Nazirliyində qeyd ediblər ki, ukraynalılar ABŞvə digər ölkələrin təqdim etdikləri hərbi potensialı öz əməliyyatlarında «yaradıcılıqla» istifadə edirlər.
Bundan əvvəl hərbi ekspert Aleksandr Kovalenko bəyan edib ki, hazırda döyüş zonasında baş verənləri Rusiya işğal ordusunun müdafiəsinin dağılmasının kaskadı adlandırmaq olar.