• 27 İyul 2024 04:43

Qadın voleybol millimiz Avropa çempionatının final mərhələsinə yüksəlib

Qadın voleybol millimiz Avropa çempionatının final mərhələsinə yüksəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib.

Tacxeber.az xəbər verir ki, yığmamız buna təsnifat mərhələsinin sonuncu turunun oyununda nail olub.

D qrupunda mübarizə aparan millimiz səfərdə Avstriya yığması ilə qarşılaşıb. Yığmamız rəqibini 3:1 hesabı ilə məğlub edib.

Millimiz ardıcıl 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni “Avro-2005″də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.

Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan “Avro-2023″ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.

Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya millisi tutub. Azərbaycan qrup ikincisi kimi mərhələ adlayıb.

Tacxeber.az

Oxşar xəbərlər