Şəhid ailəsinin evi uçma təhlükəsilə üz-üzədir – VİDEO
Şəhid ailəsinin evi uçma təhlükəsilə üz-üzədir – VİDEO
Vətən müharibəsi şəhidinin atasının yaşadığı ev uçmaq təhlükəsi ilə üz-üzədir.
Tacxeber.az xəbər verir ki, 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı evdə kiçik çatlar yaranıb.
Daha sonra bu çatlar genişlənib və evin təhlükəli vəziyyətə düşməsinə səbəb olub.
Qəzalı vəziyyətə düşən evlə bağlı aidiyyəti qurumlardan cavab alan ata çarəsiz vəziyyətdə qalıb.
İki nəfərdən ibarət İsayevlər ailəsi iki ildən çoxdur sözügedən evdə yaşayırlar.
Səfər İsayev qurumların ailənin müraciətlərinə baxmadığını bildirib:
“Dərdimizi hara deyiriksə, səsimizə səs verən yoxdur”.
Qeyd edək ki, sözügedən ailə 1992-ci ildə Qarabağ müharibəsi zamanı şəhid olan Bəxtiyar İsayevin ailəsidir. O, Tərtərdə Talış istiqamətində gedən gərgin döyüşlər zamanı şəhid olub.
Daha ətraflı Baku TV-nin süjetində: