• 22 Noyabr 2024 19:55

Qoqol küçəsində yerləşən XIX əsrdə tikilmiş memarlıq abidəsi restorana çevrilir.

Qoqol küçəsində yerləşən XIX əsrdə tikilmiş memarlıq abidəsi restorana çevrilir.

 

Tacxeber.az  Oxu.Az – a istinadən xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında Azərbaycanın tanınmış memarı, memarlıq tarixinə dair kitabların müəllifi Elçin Əliyev paylaşıb.

E.Əliyev paylaşımında qeyd edib ki, sözügedən ünvanda yerləşən tarixi binanın pəncərələrini söküb, yerinə böyük restoran vitrinləri yerləşdiriblər:

“Bir il əvvəl Azərbaycan hökuməti tərəfindən bərpa edilmiş və dövlət tərəfindən qorunan tarixi binanın (İrs Siyahısının 128-ci səhifəsində 2950 nömrəli yazı) fasadını, sadəcə, “kəsiblər”! Dövlət memarlıq abidəsini yenidən bərpa edib ki, hansısa məsuliyyətsiz vətəndaşlar binanın görkəmini korlayıb burada restoran qursunlar, həmçinin rüşvətxor məmurlar isə tarixi fasadı dəyişmək üçün şərait yaratsınlar?!

Təəssüf ki, demək olar, hər həftə Mədəniyyət Nazirliyinin memarlıq irsinin mühafizəsi sahəsində cinayətkar hərəkətsizliyindən yazıram – qətiyyən reaksiya yoxdur! Dövlət orqanı tərəfindən binanın yenidən qurulmasına kim icazə verib? Axı dövlət tərəfindən qorunan memarlıq abidəsinin fasadındakı dörd (!) pəncərəni kəsmək divara mismar vurmaq deyil – yəqin, “müfəttişlər” bunu eşidib və görüblər. Yoxsa heç xəbərləri yoxdur?!”

O qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlar onun müraciətinə heç bir reaksiya verməyiblər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Tacxeber.az

Oxşar xəbərlər