• 09 Dekabr 2024 21:32

Gecə otağınızın küncünə bir stəkan sirkə, duz və su qoyun – sabah olanlara inanmayacaqsız

Gecə otağınızın küncünə bir stəkan sirkə, duz və su qoyun – sabah olanlara inanmayacaqsız

Gecə otağınızın küncünə bir stəkan sirkə, duz və su qoyun – sabah olanlara inanmayacaqsız.
Bir stəkan suya duz və sirkə qatıb evinizin müxtəlif yerlərinə qoyun. 24 saat sonra gördükləriniz sizi təəccübləndirəcək. Evdə stressli və aqressiv olursunuz? Evinizdəki səs-küydən, mübahisələrdən bezmisiniz? O zaman bu videoya diqqətlə baxın.
Düzdür, neqativ və ya pozitiv enerjinin varlığına inanmayanlar da var. Amma, etiraf etməliyik ki, inananlar daha çoxdur.
Siz də evinizin neqativ enerji ilə dolu olub-olmadığını yoxlamaq istəyirsinizmi?  Cavablar  1 stəkan suda gizlidir.
Yaşadığımız məkanların bizim enerjimizdən təsirləndiyi haqda fikirlər çoxdur.  Evimiz isə müxtəlif enerjilərlə yüklüdür.  Hisslərimiz, duyğularımız, düşüncələrimiz… Hər biri fərqli enerji ilə təsir etmə qabiliyyətinə malikdir. Həmçinin, ətrafımızdakı enerjiləri  də bu sayədə özümüzə çəkə bilirik.
Bundan əlavə, evimizə gələn hər qonaq özüylə neqativ, yaxud pozitiv enerji gətirir.  Təbii ki,  məruz qaldığımız enerjilər əhval-ruhiyyəmizə təsir edir.  Bəziləri neqativ enerjilərin təsiri ilə həmişə pessimist düşünür. Daimi stress keçirir, aqressiv olur.
Evin hər bucağına hopmuş enerjilər çıxarılmasa, getdikcə daha da arta bilir.  Neqativ enerjilər həyatımızın hər anını əhatə edir. İş yerimizdə problemlər yaradır, qonşularla münasibətimizi korlayır, evdə yanlış qərarlar almağımıza səbəb olur. Bu cür uğursuzluqlar insanda həyat eşqini də öldürməyə qadirdir. Buna görə də, mütəmadi olaraq evdəki neqativ enerjini yox etməyə çalışmaq lazımdır.
Yəqin indi bu sual sizi düşündürür: “Neqativ enerjini necə təyin edək?”  Bu mövzu üzərində illərlə araşdırma aparan Marina Suqrobova`nın fikrincə, yoxlamaq çox sadədir.  1 stəkan götürün, onun ⅓-i qədər dəniz duzu tökün. Qalan boşluğun yarısına əvəlcə su, yarısına da ağ sirkə tökün.  Qarışdırın.  Evinizin harasında neqativ enerji olduğunu düşünürsünüzsə, stəkanı oraya qoyun.  24 saat yerindən tərpətməyin. Gərək stəkan 24 saat bir dəfə də olsa yerindən tərpənməsin.
24 saatın tamamında stəkanı yoxlayın.  Əgər necə qoymusunuzsa o cürdüsə, deməli, otaqda neqativ enerji yoxdur.  Stəkanda  hava qabarcıqları, yaxud hansısa bir dəyişiklik varsa, həmin otaqda neqativ enerji var deməkdir.   Bundan sonra etməli olduğunuz hər gün yeni stəkanda yeni qarışım qoymaqdır.  Duz, sirkə və su neqativ enerjini özünə çəkərək evinizi bir az təmizləyəcəkdir.
Hər gün stəkandakı köhnə qarışımı da mütləq eşiyə tökün. Evin içinə tökmək olmaz.  Təkrar qeyd edirəm: “Neqativ enerjiyə inanırsınızsa, bu üsuldan istifadə etmək faydalıdır”.
Bədəninizdə olan neqativ enerjini atmağın ən yaxşı üsulu isə yalın ayaqla torpaqda gəzməkdir.  Beləcə, üzərinizdəki elektrik torpaq tərəfindən çəkilir və siz rahatlayırsınız. Torpaqda gəzmək imkanınız yoxdursa, ilıq su ilə duş almaq da köməyinizə çata bilər.   Axşamlar ayaqlarınızı ilıq duzlu suda, ən azı, 10 dəqiqə saxlamaq da neqativ enerjidən azad olmağa kömək edir. Dabanlarınızdakı yarıqlardan bədəninizdəki toksinlər və neqativ enerji duzlu suya axacaq.   Burda bir məqamı xüsusi vurğulamalıyam: neqativ enerjini qovmaq üçün istifadə olunan duz ya dəniz duzu, ya da Himalay duzu olmalıdır.  Bir limonu iki bölün, yarısını kasanın içinə qoyun, üstünə duz səpin. Evinizin bir küncünə qoyun. Həm otaqdakı neqativ enerji azalacaq, həm də hava dəyişiləcək.  Duzlu limonu yatarkən baş ucunuza qoysanız, hər səhər  yeni bir pozitiv enerji ilə oyanacaqsınız.

Bu maraqlı üsul haqqında daha ətraflı videoda…

Tacxeber.az

Oxşar xəbərlər