• 22 Noyabr 2024 22:39

İsa Qəmbərin qardaşından təklif: Qarabağda “Heydərabad” şəhəri salınsın

İsa Qəmbərin qardaşından təklif: Qarabağda “Heydərabad” şəhəri salınsın

İsa Qəmbərin qardaşından təklif: Qarabağda “Heydərabad” şəhəri salınsın


Bir qrup ictimai fəal Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.Tacxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, Araz çayı boyunca Füzuli beynəlxalq hava limanı ətrafında çoxmilyonluq (Bir milyon əhalisi olacaq şəhər) şəhər salınmasına razılıq və tikilməsinə sərəncam verməyiniz xahiş olunur.

“İstərdik ki, şəhərin adı ulu öndərin şərəfinə “Heydərabad” qoyulsun. Dahi Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq. “Heydərabad” şəhəri ümummilli liderin yubileyinə layiqli töhfə olar. Belə bir addım xalqımızın sevincini iki qat artıracaq” – qeyd olunub.

Müraciəti imzalayanlar sırasında Arzuman Muradlı, Südabə Sərvi, Xatirə Rəhimli, Sevinc Sultanova, Xanlar Abdullali, İnqilab Şirinbəyli, Adıgözəl Rəcəbov, Cəmil Hüseynov, Leyla Xəzəri, Cəmil İzzətov, Malik Məmmədli, Kamil Behbudov, Zahid Məmmədli, Aytən Behdudova, Arzu Behbudova, Nurlan Behbudov və Emin Hacıyevlə yanaşı, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər də var.

Sosial şəbəkələrdə təşəbbüsün R.Qəmbər tərəfindən gəldiyi qeyd olunub.

Tacxeber.az

Oxşar xəbərlər