• 27 İyul 2024 07:14

“Nant”ın baş məşqçisindən “Qarabağ”la oyun haqda açıqlama

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Nant” Fransa Liqa-1-in 7-ci turunun dünən “Loryan”a qarşı
səfər matçında 2:3 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra komanda 20 komanda arasında 15-ci yeri tutur (7 oyun, 6 xal).

“Nant”ın baş məşqçisindən “Qarabağ”la oyun haqda açıqlama

“Nant”ın baş məşqçisi Antuan Kombuare matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Ona sual ünvanlanıb ki, daxili çempionatdakı uğursuzluq komandanın Avropa Liqasında da mübarizə aparması ilə bağlı ola bilərmi? Məşqçi buna cavab olaraq deyib:

“Mən çalışıram oyunçular başa düşsün ki, yorğunluqdan söhbət gedə bilməz. Kim ki, yorulub, onlar bu haqda mənə deyirlər. Belə olduqda həmin futbolçu ya səfərə aparılmır, ya da ehtiyatda qalır. Mən həmişə çalışıram ki, nəticə əldə etmək üçün yaxşı heyət toplayım. Daha əvvəl demişdim ki, həm çempionatda, həm də Avropa Liqasında qələbə qazanmaq lazımdır. Bu, reallıqdır. Biz onun üzərində işləyəcəyik ki, Avropa Liqası və çempionatda uğur qazanaq. Mən oyunçularımdan yalnız bunu gözləyirəm. Biz qarşıdakı iki oyunda (“Qarabağ” və “Lans”la matçlar – Qol.az) qalib gəlməliyik”.

Baş məşqçi deyib ki, “Loryan”la matçda komandasının çox imkanı olub: “Biz rəqibimiz kimi tez-tez irəli gedir, cərimə meydançasına daxil olurduq. Son 30 dəqiqədə daha güclü idik. Psixoloji olaraq bu oyunu uda bilmədik. Biz daha təpərli olmalıyıq”.

“Avropa Liqasındakı qələbə komandanı bu durumdan çıxara bilərmi” sualına Kombuarenın cavabı belə olub:

“Biz bunu dördüncü günü, xüsusən bazar günü axşam görə biləcəyik. Ona görə də təkrar edirəm ki, qarşıdakı iki matçda müsbət nəticə əldə etməliyik. Baxaq görək, biz dördüncü günü “Qarabağ”, bazar günü yerli liqada “Lans”la oyunlarda  nə edə biləcəyik. “Lans” hazırda çox yaxşı formadadır”.

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun “Qarabağ” – “Nant” matçı sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlanacaq. /Qol.az

Tacxeber.az

Oxşar xəbərlər