• 02 İyun 2025 19:17

Rusiyada 19 deputat Putinin istefasını TƏLƏB ETDİ

 Rusiyada 19 deputat Putinin istefasını TƏLƏB ETDİ
Paylaş

Rusiyada 19 deputat Putinin istefasını TƏLƏB ETDİ

Rusiyada 19 deputat Putinin istefasını TƏLƏB ETDİ

Moskva və Sankt-Peterburq şəhərlərinin 18 rayonunun bələdiyyə deputatları Rusiya prezidenti Vladimir Putinin istefası tələbi ilə petisiya imzalayıblar.

Tacxeber.az xəbər verir ki, müvafiq sənədi Sankt-Peterburq bələdiyyəsinin deputatı Kseniya Torstrom “Twitter”də paylaşıb.

Deputatlar müraciətlərində, Vladimir Putinin əməlləri onların dövlətinə və vətəndaşlarına ziyan vurduqlarını qeyd ediblər:

“Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, prezident V. V. Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefasını tələb edirik”, – bəyanatda deyilir.

Bildirilir ki, hazırda sənədi 19 deputat imzalayıb.

Xatırladaq ki,bir müddət əvvəl Sankt-Peterburqun Smolninsk bələdiyyə dairəsinin Yabloko partiyasından olan 7 deputat da Vladimir Putinin prezident postundan uzaqlaşdırılması xahişi ilə Dövlət Dumasına müraciət etmişdi.

Tacxeber.az

Oxşar xəbərlər