Cümşüd Nuriyev: “Rusiyanı aldatdılar, çıxış yolu yoxdur” – Şərh
“Əslində Ukraynada “hərbi inqilab” baş verir. Son 6 ayda uduzan Ukraynada birdən-birə hər şey dəyişir və Kiyev uduş mərhələsinə keçir. Hadisələrin gedişatı göstərir ki, Rusiya gözlənilməz zərbələr alır, həm də Ukrayna toparlanıb. Bəzi məlumatlara görə, üç min kvadratkilometrlik ərazi azad edilib. Ukrayna şimalda, cənubda və şərq istiqamətində hərbi uğur əldə edib. Əslində İzyum şəhərinin alınması uğurun göstəricisidir. Bu şəhər mühüm əhəmiyyət kəsb edir. Ukraynanın şimalından cənubuna keçən yolların qovşağıdır. Eləcədə ruslar İzyumdan Ukraynanın Qara və Azov dənizlərinə çıxışını bağlamaq məqsədilə istifadə edirdi. Rusiya bütün gücünü cənuba cəmlədi, şimal və şərq yadından çıxdı. Nəticədə Ukrayna məhz bu ərazidən zərbə vurdu”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.