• 06 Oktyabr 2024 07:31

Ordumuz düşməni darmadağın edib, nə lazımdırsa, götürüb!

Ordumuz düşməni darmadağın edib, nə lazımdırsa, götürüb!

Ermənistanın son təxribatlarının arxasında İrəvanın bir sıra siyasi maraqları dayanır. Onlar artıq arxivə göndərilmiş ATƏT-in Minsk qrupunu bərpa etmək istəyir, “status” məsələsini gündəmə gətirməyə çalışırlar. Ermənilər yaxşı bilir ki, Azərbaycan Ordusu onların cavabını verəcək. Ona görə də ermənilər ötən gecə xeyli sayda kəşfiyyat-diversiya qruplarını təxribat törətmələri üçün göndəriblər. Onlar bizim hərbi və mülki kommunikasiya xəttlərimizi gecə ikən minalamağa çalışıblar. Səhər həmin kommunikasiya xəttlərini partladaraq bizim ordumuzda mənəvi-psixoloji vəziyyəti aşağı salmaq istəyiblər. Ermənilər bu kimi xülyalara nail ola bilməyəcəklər, ötən gecə də nail olmadılar. Onlar sərhədi keçən kimi hərbçilərimiz bundan xəbər tutublar. Dərhal müəyyən piyada ehtiyatları cəlb olunaraq düşmənin diversiya qrupları məhv edilib.

Tacxeber.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib.

Ehtiyatda olan general-leytenantın sözlərinə görə, ötən gecə ermənilərin komanda-qərargah məntəqələri də göyə sovrulub:

“Eləcə də düşmənin bir neçə hərbi hissə və bölmələri darmadağın olunub. Müəyyən istiqamətlərdə ermənilərin strateji əhəmiyyət daşıyan postları əsgərlərimiz tərəfindən azad olunub. Hazırda həmin postlarda Azərbaycan hərbçiləri möhkəmləniblər. Bizim məqsədimiz odur ki, ermənilər bu cavablardan dərs çıxarsınlar və delimitasiya-demarkasiya prosesini sürətləndirsinlər. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına razılaşsınlar”.

General Aydəmirovun fikrincə, biz həmişə bir şəhidimizin qisasını ən azından 10 qat almışıq:

“Bu dəfə də şəhidlərimizin qisası artıqlaması ilə alındı. Onların qanı yerdə qalmadı. Ermənilər 49 hərbçisinin öldüyünü deyirlər. Amma yalandır. Çünki onlar qısa müddət ərzində öz meyitlərini götürə bilməzlər. Onların dəqiq sayını araşdırmaq imkanları da yoxdur. Düşmənin 49 nəfər itki verməsi ilkin məlumatdır. Reak itkiləri isə qat-qat çoxdur. Səsi hələ sonra çıxacaq. Azərbaycan Ordusu budəfəki əməliyyatlar nəticəsində nə lazımdırsa, götürüb. Bunu mən tam əminliklə deyirəm. Artıq erməni tərəfi bu barədə sosial şəbəkələrdə də məlumatlar paylaşırlar. Onlar əvvəlki postları ilə son dayandıqları mövqeləri də müzakirə edirlər. Ötən gün nə qədər postlarını və leşlərini qoyub qaçıb gediblər. Bir mövqeyimiz də ermənilərin əlinə keçməyib, amma bizimkilər onların bir neçə mövqeyini ələ keçiriblər. Biz lokol zərbələr endirmişik. Yəni kiçik həcmli zərbələrdən gedir. Genişmiqyaslı hücum əməliyyatı olmayıb. Ordumuzun Ermənistan ərazisinə daxil olmasından söhbət gedə bilməz”.

Tacxeber.az

Oxşar xəbərlər