• 17 Aprel 2024 18:04

Paşinyan 10 noyabr bəyanatına “meydan oxudu”

Paşinyan 10 noyabr bəyanatına “meydan oxudu”

Ermənistan öz ərazisində heç kimə dəhliz yaratmaq fikrində deyil, lakin bütün qonşular, o cümlədən Azərbaycan üçün kommunikasiyalar açmağa hazırdır.

Tacxeber.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz Ermənistan və Azərbaycan da daxil olmaqla, regionun bütün dövlətlərinin bu marşrutlardan istifadə edə biləcəyi məntiqi ilə yolları açmağa hazırıq”, – Paşinyan bildirib.

Qeyd edək ki, 10 noyabr bəyanatına görə, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun açılması öhdəliyini götürüb. Yolun təhlükəsizliyini isə Rusiya sərhədçiləri təmin etməlidir. Dəhliz məntiqi ilə nəzərdə tutulan bu yolun açılmasından Ermənistan imtina etməyə davam edir.

Tacxeber.az

Oxşar xəbərlər