• 21 Dekabr 2024 21:02

“Paşinyan birdən-birə deyə bilməz ki, 200 erməni ölüb”

Erməni təxribatı nəticəsində sərhəddə dünən gecədən başlayan hərbi əməliyyatlar davam edir. Paşinyan bir az öncə Ermənistanın 49 hərbçisinin həlak olduğunu açıqlayıb. Amma bu rəqəmin həqiqəti əks etdirdiyinə dair ciddi şübhələr var. 

Əməkdar jurnalist Elçin Şıxlı deyib ki, müəyyən mənbələrin məlumatlarına əsasən qarşı tərəfin 150-200 itkisi var: “Paşinyan 49 nəfər itki verdiklərini deyib. Birdən-birə 200 itkimiz var deyə bilməz. Bu Paşinyan hökuməti üçün biabırçılıq olar. İtkilərin 49 nəfər olduğunu bildirsə də, əl yeri qoyub, yəni sayın arta biləcəyini də vurğulayıb”.

Hərbi ekspert Ramil Məmmədli isə fikirlərini belə ifadə edib:

“Ermənistan hər zaman belə hadisələr baş verdikdə itkilərini gizlətməyə çalışır. Sonradan isə artan itkiləri avtomobil qəzasında ölmə, özünü asma hadisələri kimi cəmiyyətə təqdim edir. Səbəb isə kütləvi narazılıq hallarının qarşısının alınmasıdır.

Atəşkəsi pozmaqla Ermənistan beynəlxalq ictimaiyyəti bura cəlb etməyə çalışır. Ermənistan mənəvi atası olan Fransanın və Amerikanın planına uyğun olaraq ATƏT-in Minsk qrupunun prosesə cəlb olunmasını istəyir. Xaricdən gələn sifarişləri yerinə yetirən Ermənistan 10 noyabr sazişinə qarşı çıxmağa çalışır. Baş verən proseslər vasitəsilə sülh müqaviləsindən yayınır. Gedişatdan belə görünür ki, əsas məsələ münaqişəni Qərbin maraqları çərçivəsində həll etməkdir. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil”. Yenisabah.az

Nəsimi Ələsgərli 

Tacxeber.az

Oxşar xəbərlər