• 04 Oktyabr 2024 21:17

Bakını ittiham etməyə kimsənin haqqı yoxdur – Ağar

Bakını ittiham etməyə kimsənin haqqı yoxdur – Ağar

Məsələnin kökündə Ermənistanın yalnız Qarabağda deyil, həm də sərhəddə təxribatlar törətməsi, bu ərazilərdə özünə haqq iddia etməsi dayanır.

Bu sözləri Ermənistanın sərhəddəki son təxribatları haqqında danışan terror və təhlükəsizlik üzrə türkiyəli tanınmış ekspert Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi tamamilə haqlıdır:

“Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərində təxribat törədir, delimitasiya üçün nə Rusiyanın əlindəki xəritələri, nə də digər sənədləri qəbul edir, əksinə, sözügedən ərazilərdə bir sıra giriş nöqtələri əldə etmək istəyir. İrəvanın 10 noyabr bəyanatına əməl etməməsi, rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə etnoqrafiq və topoqrafik intriqalar çevirməsi, müttəfiqlərinə Bakı ilə bağlı mütəmadi şəkildə yalan məlumatlar verməsi, onları qızışdırması və son olaraq sərgilədiyi təcavüzkarlıq güclü Azərbaycan Ordusunun hazırki beynəlxalq hüquqa uyğun və adekvat cavabını doğurdu. Azərbaycan Silahlı Qüvvələri mənsub olduğu ölkənin sərhədlərini, mövqelərini, əhalisini və gələcəyini qoruyur. Azərbaycan təcavüzkar Ermənistanla qarşı-qarşıyadır və buna uyğun cavab verdiyi üçün İrəvan indi ağlaşma qurub. Burada “oğru elə bağırdı, doğrunun bağrı yarıldı” məsəli yada düşür. Ermənistan məğlub olduğu 44 günlük müharibənin stresini üstündən ata bilmir, Paşinyanın imzaladığı 10 noyabr bəyanatı kobud şəkildə pozulur, Qarabağdan erməni əsgərləri çıxarılmır və davamlı olaraq təxribatlar baş verir. Bütün bunlara Azərbaycan da hüquqauyğun və adekvat formada cavab verir. Baş verən budur və heç kimin Azərbaycanı ittiham etməyə haqqı yoxdur”.

Tacxeber.az

Oxşar xəbərlər